Ermənistanda problemli seçki məntəqələrində səslər yenidən sayılacaq

Ermənistanda problemli seçki məntəqələrində səslər yenidən sayılacaq Ermənistanın Mərkəzi Seçki Komissiyası iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkiləri çərçivəsində 70 seçki məntəqəsində səslərin təkrar sayılacağını elan edib.
Region
134
22 İyun , 2021 23:47
Ermənistanda problemli seçki məntəqələrində səslər yenidən sayılacaq
0 : 00
0 : 00

Ermənistanın Mərkəzi Seçki Komissiyası iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkiləri çərçivəsində 70 seçki məntəqəsində səslərin təkrar sayılacağını elan edib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Şikayətlər və müraciətlər əsasında səslərin təkrar sayılması iyunun 23-də həyata keçiriləcək.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçirilib. Səsvermə günü 2 008 seçki məntəqəsi fəaliyyət göstərib. Seçici iştirakı 49,4 % təşkil edib.

Son xəbərlər

Orphus sistemi