Ermənistanın yeni parlamentində 4 siyasi qüvvə yer alacaq - YENİLƏNİB

Ermənistanın yeni parlamentində 4 siyasi qüvvə yer alacaq - YENİLƏNİB Ermənistan Mərkəzi Seçki Komissiyası bülletenlərin təxminən 88%-ni sayıb
Region
3 Aprel , 2017 09:32
Ermənistanın yeni parlamentində 4 siyasi qüvvə yer alacaq - YENİLƏNİB

Bakı. 3 aprel. REPORT.AZ/ Ermənistan Mərkəzi Seçki Komissiyası 1807 məntəqədən olan bülletenlərin təxminən 88%-ni sayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, Ermənistanın hakim Respublika partiyasına 637 252 seçici (49,18%) səs verib.

Qanunverici orqanda yer almaq üçün partiyalar 5, partiya blokları isə 7 faizlik həddi aşmalıdırlar.

Son məlumatlara görə, seçicilərin səsləri siyasi qüvvələri aşağıdakı ardıcıllıqla sıralayır: "Tsarukyan" bloku - 356 151 (27,56%), "Çıxış" bloku - 98 196 (7,58%), Daşnaksütyun partiyası - 86 389 (6,67%), "Erməni dirçəlişi" partiyası - 47 971 (3,70%), "Ohanyan-Raffi-Oskanyan" bloku - 27 272 (2,10%), ANK-NPA - 20 717 (1,60%), "Azad demokratlar" partiyası - 11 515 (0,89%), Ermənistan Kommunist Partiyası - 9 412 (0,73%).

Xatırladaq ki, aprelin 2-də Ermənistanda parlament seçkiləri keçirilib. Seçkilərdə beş partiya və dörd partiya bloku iştirak edib.

Qeyd edək ki, yekun nəticələr açıqlandıqdan altı gün sonra parlamentdə sabit əksəriyyət (yerlərin 54%-i) yaratmaq mümkün olmasa, seçkilərdən sonrakı 28-ci gün ilk mərhələdə ən çox səs yığmış 2 partiya arasında ikinci turun səsverməsi keçiriləcək. Səsvermənin yekun nəticələri prosesin bitməsindən sonrakı 1 həftə ərzində açıqlanacaq.

***03:57

Ermənistanda parlament seçkilərinin nəticələrinə əsasən 3 siyasi partiya öndədir.

"Report" xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının saytında bildirilir.

Rəsmi məlumata görə, ölkə üzrə 2009 seçki məntəqəsindən 506-da səslərin hesablanması başa çatıb. Nəticələrə əsasən 3 siyasi qurum əvvəlki nəticələr kimi səslərin yarıdan çoxunu toplayıb.

Belə ki, prezident Serj Sarkisyanın rəhbəri olduğu Respublika Partiyası səslərin 52,12 faizini, yaxud 124 min seçici səsini toplayıb. Ölkənin ən varlı biznesmeni Qaqik Çarukyanın rəhbəri olduği "Çarukyan" bloku səslərin 26 faizini, yaxud 62 min seçici səsini toplayıb. Daşnaksütyun partiyası isə cəmi 7,36 faiz və ya 17,5 min seçici səsini toplaya bilib.

Qeyd edək ki, səsvermə prosesində xeyli sayda qanun pozuntusu aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi