Ermənistanda koronavirusdan ölənlərin sayı 8 010-a yüksəlib

Ermənistanda koronavirusdan ölənlərin sayı 8 010-a yüksəlib Ermənistanda son sutkada daha 289 nəfərdə COVID-19 aşkarlanıb
Region
12 Yanvar , 2022 11:13
Ermənistanda koronavirusdan ölənlərin sayı 8 010-a yüksəlib

Ermənistanda son sutkada daha 289 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 346 513-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 8 010-ya yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 512 nəfərdir. İndiyədək 333 200 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 3 789 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi