Ermənistanda son sutkada koronavirusa 34 yoluxma qeydə alınıb.
“Report” xəbər verir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 222 670-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 5 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4438-ə yüksəlib.
Koronavirusa yoluxan 213 208 pasiyent sağalıb. Hazırda 3 942 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.