Bakı. 26 iyul. REPORT.AZ/ Ermənistanın Armavir vilayəti qubernatorunun müşaviri Manuk Simonyanın meyiti tapıllıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, müşavirin meyiti bu ölkənin Föqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Dalrik kəndi ərazisində aşkar olunub.
Məlumata görə, polis 52 yaşlı müşavirin qətlə yetirilməsindən şübhələnir. Buna səbəb isə onun meyitinin başı dəmir məftillərlə daşa dolanmış vəziyyətədə tapılmasıdır. Məhkəmə tibbi ekspertizası onun bir neçə gün əvvəl öldürüldüyünü ehtimal edib.
Qeyd edək ki, ötən gün Ermənistanın Armavir vilayəti qubernatorunun müşaviri Manuk Simonyan itkin düşdüyü haqda məlumat yayılmışdı.