Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərə 11,5 il həbs cəzası verilib

Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərə 11,5 il həbs cəzası verilib Əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yollarını azaraq Ermənistan tərəfə keçən və orada saxlanılan Azərbaycan hərbçisi Aqşin Bəbirov 11,5 il azadlıqdan məhrum edilib.
Region
8 May , 2023 17:05
Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərə 11,5 il həbs cəzası verilib

Ermənistan məhkəməsi əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan tərəfə keçən və orada əsir saxlanılan Azərbaycan hərbçisi Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

A.Bəbirov “sərhədi qanunsuz keçmək, silah və sursat daşımaqda” ittiham olunub.

Məlumata görə, Ermənistanda əsir saxlanılan digər azərbaycanlı əsgər Hüseyn Axundovun “cinayət işi üzrə istintaq” davam edir.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

Son xəbərlər

Orphus sistemi