Ermənistanda elektron səsvermə başlayıb

Ermənistanda elektron səsvermə başlayıb Ermənistanda növbədənkənar parlament seçkilərinə iyunun 11-i yerli vaxtla saat 08.00-da elektron səsvermə başlayıb.
Region
11 İyun , 2021 10:48
Ermənistanda elektron səsvermə başlayıb

İyunun 11-i yerli vaxtla saat 08.00-dan etibarən Ermənistanda növbədənkənar parlament seçkiləri üzrə elektron səsvermə başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Elektron səsvermə iyunun 13-ü saat 20:00-da başa çatacaq. Nəticələri isə iyunun 20-də əsas səsvermədən sonra açıqlanacaq.

Elektron səsvermədə Ermənistanın xarici ölkələrdəki diplomatik və ya konsulluq xidmətlərinin əməkdaşları, ailə üzvləri, səsvermə hüququ olub onlarla birlikdə xaricdə yaşayanlar, hərbçilər, uzun müddət ezamiyyətdə olanlar, xaricdə təhsil alanlar, onların ailə üzvləri, onlarla birlikdə xaricdə yaşayanalar iştirak edə bilər.

MSK-nın dərc etdiyi seçicilər siyahısında elektron səsvermə hüququ olan 650 nəfərin adı var.

Qeyd edək ki, iyunun 20-də Ermənstanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi