Ermənistanda daha 13 nəfər koronavirusdan ölüb

Ermənistanda daha 13 nəfər koronavirusdan ölüb Ermənistanda son sutkada daha 399 nəfərdə COVID-19 aşkarlanıb
Region
3 Dekabr , 2021 11:09
Ermənistanda daha 13 nəfər koronavirusdan ölüb

Ermənistanda son sutkada daha 399 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 339 977-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 13 nəfər artaraq 7 644-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 452 nəfərdir. İndiyədək 319 476 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 11 405 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi