Ermənistanda daha 43 nəfər koronavirusdan ölüb

Ermənistanda daha 43 nəfər koronavirusdan ölüb Ermənistanda son sutkada daha 502 nəfərdə COVID-19 aşkarlanıb
Region
1 Dekabr , 2021 10:55
Ermənistanda daha 43 nəfər koronavirusdan ölüb

Ermənistanda son sutkada daha 502 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 339 020-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 43 nəfər artaraq 7 610-a yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 447 nəfərdir. İndiyədək 317 765 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 12 198 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi