Ermənistanda COVID-19-dan ölənlərin sayı 3 969 nəfərə çatıb

Ermənistanda COVID-19-dan ölənlərin sayı 3 969 nəfərə çatıb Koronavirusa yoluxan 191 158 nəfər sağalıb
Region
22 Aprel , 2021 11:13
Ermənistanda COVID-19-dan ölənlərin sayı 3 969 nəfərə çatıb

Ermənistanda son sutkada koronavirusa 881 yoluxma qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 211 399-a çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 25 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 969 nəfərə yüksəlib.

Koronavirusa yoluxan 191 158 nəfər sağalıb. Hazırda 15 281 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Son xəbərlər

Orphus sistemi