Ermənistanda COVID-19-dan ölənlərin sayı 2 800-ü ötüb

Ermənistanda COVID-19-dan ölənlərin sayı 2 800-ü ötüb Ermənistanda daha 582 nəfərdə koronavirus aşkarlanıb.
Region
30 Dekabr , 2020 11:27
Ermənistanda COVID-19-dan ölənlərin sayı 2 800-ü ötüb
0 : 00
0 : 00

Ermənistanda daha 582 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 158 878-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 10 nəfər artaraq 2 807-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 679-a yüksəlib. İndiyədək 141 844 pasiyent infeksiyadan sağalıb.

Son xəbərlər

Orphus sistemi