Ermənistanda xüsusi ağır cinayətlər 30 faiz artıb
Region
- 01 yanvar, 2019
- 15:53
Bakı. 1 yanvar. REPORT.AZ/ Ermənistanda ağır və xüsusi ağır cinayətlərin kəskin artımı qeydə alınıb.
Bu barədə "Report" "News.am"a istinadən xəbər verir.
Ölkənin Milli Statistika Xidmətinin yaydığı rəsmi məlumata görə, Ermənistanda cinayət halları 13 faiz, xüsusi ağır cinayətlər isə 30 faiz artıb.
Belə ki, 2018-ci ilin yanvar-noyabr aylarında ölkə ərazisində 20267 cinayət faktı qeydə alınıb. 2017-ci ilin eyni dövründə bu rəqəm 17898 cinayət faktı təşkil edib. Ötən il ölkədə 209 xüsusi ağır cinayət törədilib. 2017-ci ildə bu rəqəm 161 olub.
Bundan əlavə, odlu silahla törədilən cinayət halları da çoxalıb. Əgər 2017-ci ildə bu rəqəm 49 faktdan ibarət idisə, 2018-ci ildə bu qəbildən olan 53 cinayət hadisəsi törədilib.
Son xəbərlər
06:40
"İnter Mayami" ev oyununda 3:0 hesabı ilə öndə olmasına baxmayaraq, qalibiyyəti əldən verib
Futbol06:23
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Elm və təhsil05:47
İordaniya HHQ Suriyada silah və narkotik anbarlarına zərbə endirib
Digər ölkələr05:02
İranın ABŞ-yə ötürdüyü 14 bəndlik təklifin bəzi detalları məlum olub
Region04:43
Tramp Almaniyadan 5 min hərbçinin çıxarılması məsələsini şərh edib
Digər ölkələr04:20
Tramp İranın qalan raket potensialını da məhv etmək istədiyini bildirib
Digər ölkələr03:46
Foto
Yağışlı hava Cəlilabadın meyvə bağlarında ziyanvericilərin artmasına səbəb olub
ASK03:09
"Fars": İranın ABŞ-yə ötürdüyü yeni razılaşma mətni "aydın yol xəritəsi"ni ehtiva edir
Region02:40