Ermənistan ərazisində ard-arda iki zəlzələ olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb.
İlk zəlzələ 5,2 bal olmaqla Tbilisi vaxtı ilə saat 20:22-də, ikincisi isə 4,2 bal olmaqla saat 20:24-də qeydə alınıb.
Birinci zəlzələnin episentri Gürcüstan sərhədindən 9 kilometr, digəri isə 5 kilometr aralıda - Ermənistan ərazisində olub.
*** 20:37
Ermənistanda 5 bal gücündə zəlzələ baş verib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, zəlzələ Gürcüstan ərazisində də hiss olunub.
Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzinin yaydığı məlumat görə, zəlzələnin episentri Gürcüstan sərhədindən 5 kilometr aralıda - Ermənistan ərazisində yerləşib.