Ermənistan Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirilib

Ermənistan Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirilib Ermənistan Təhsil Nazirliyinin binası qarşısında ali məktəblərə daxil ola bilməyən abituriyentlər və valideynləri etiraz aksiyası keçiriblər.
Region
27 İyul , 2020 14:09
Ermənistan Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirilib

Ermənistan Təhsil Nazirliyinin binası qarşısında ali məktəblərə daxil ola bilməyən abituriyentlər və valideynləri etiraz aksiyası keçiriblər.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Qeyd edək ki, iyulun 22-də Ermənistan parlamentinin binası qarşısında ali məktəblərə daxil ola bilməyən abituriyentlər və valideynləri etiraz aksiyası keçiriblər. Aksiya iştirakçılarının etirazına səbəb abituriyentlərin qəbul imtahanında yüksək bal qazanmalarına baxmayaraq, birinci və ikinci ərizə ilə ali məktəbə daxil ola bilməmələri göstərilib. Etirazçılar bildiriblər ki, ali məktəbə onlardan daha az bal toplayanlar daxil olub.

Son xəbərlər

Orphus sistemi