Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilib

Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilib Aksiya iştirakçıları bildirib ki, məsələ öz həllini tapmazsa nazirin və müavinin istefasını tələb edəcəklər.
Region
1031
22 İyul , 2020 17:12
Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilib

Ermənistan parlamentinin binası qarşısında ali məktəblərə daxil ola bilməyən abituriyentlər və valideynləri etiraz aksiyası keçiriblər.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Aksiya iştirakçılarının etirazına səbəb abituriyentlərin qəbul imtahanında yüksək bal qazanmalarına baxmayaraq, birinci və ikinci ərizə ilə ali məktəbə daxil ola bilməmələri göstərilib. Etirazçılar bildiriblər ki, ali məktəbə onlardan daha az bal toplayanlar daxil olub.

Valideynlərdən birinin sözlərinə görə, iyulun 22-də parlamentdə 739 abituriyentlə bağlı məsələnin müzakirəsində Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan və onun müavini iştirak etməyib.

Aksiya iştirakçıları vurğulayıblar ki, məsələ öz həllini tapmazsa, nazirin və müavininin istefasını tələb edəcəklər.

Son xəbərlər

Orphus sistemi