Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi ifadə verəcək

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi ifadə verəcək Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Artak Davtyan keçmiş müdafiə naziri David Tonoyan və onun yaxın dostu, “silah baronu” David Qalstyanın cinayət işi ilə bağlı ifadə vermək üçün istintaqa çağırılacaq.
Region
1 Oktyabr , 2021 10:19
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi ifadə verəcək
Artak Davidyan

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Artak Davtyan keçmiş müdafiə naziri David Tonoyan və onun yaxın dostu, “silah baronu” David Qalstyanın cinayət işi ilə bağlı ifadə vermək üçün istintaqa çağırılacaq.

“Report” xəbər verir ki, məlumatı “Joxovurd” yayıb.

Bildirilib ki, onlara qarşı Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən cinayət işi açılıb.

Qeyd edək ki, David Tonoyan və David Qalstyan 4,7 milyon dollar məbləğində maliyyə vəsaitini mənimsəmək, 2011-ci ildə keyfiyyətsiz silah tədarükü və korupsiyada ittiham olunurlar. İrəvan Şəhər Məhkəməsi onlar barəsində iki ay müddətinə həbs qətiimkn tədbiri seçib.

Xatırladaq ki, David Qalstayn bu il fevralın 2-dən mayın 17-dək həbsdə olub.

Son xəbərlər

Orphus sistemi