​Ermənistan prezidenti Braziliyaya gedib

Region
  • 10 avqust, 2016
  • 21:08
​Ermənistan prezidenti Braziliyaya gedib

Bakı. 11 avqust. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan avqustun 10-da Braziliyaya işgüzar səfərə gedib.

"Report" xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətinə istinadən "news.am" məlumat yayıb.

Sarqsyan Rio-de-Janeyroda 31-ci Yay Olimpiya Oyunlarında iştirak edən erməni idmançılara dəstək olacaq.

O, həmçinin Braziliyada Ermənistan səfirliyi binasının təməlqoyma mərasimində iştirak edəcək. Sarqsyanın yerli rəhbərliklə bir sıra görüşləri də nəzərdə tutulub.

44 - Tezliklə