Ermənistan ordusunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar

Ermənistan ordusunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar Hadisə ilə bağlı cinayət işi açılıb
Region
147
14 Noyabr , 2017 11:53
Ermənistan ordusunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar

Bakı. 14 noyabr. REPORT.AZ/ Təlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan orudsunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar. 

"Report" xəbər verir ki, minaatan heyətinin səriştəsizliyi səbəbindən atılan mərmi Azərbaycanın işğal olunmuş Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin tank alayının ərazisinə düşüb. Ölən və yaralananlar barədə hər hansı məlumat verilməsə də,  hadisə ilə bağlı cinayət işi açıldığı təsdiqlənib. 

Hazırda istintaq tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi