Ermənistan müxalifəti prezidentlə görüş üçün şərt qoydu

Ermənistan müxalifəti prezidentlə görüş üçün şərt qoydu Ermənistan müxalifəti prezident Armen Sarkisyanla görüşə hazırdır
Region
148
11 Mart , 2021 23:29
Ermənistan müxalifəti prezidentlə görüş üçün şərt qoydu
0 : 00
0 : 00

Ermənistan müxalifətinin yaratdığı “Vətənin xilası uğrunda hərəkat” ölkədə mövcud vəziyyəti stabilləşdirmək üçün prezident Armen Sarkisyanla görüşə hazırdır.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Daşnaksutyun” Partiyasının nümayəndəsi, hərəkatın əlaqələndiricisi İşxan Saqatelyan bildirib.

“Hərəkatın üzvləri prezident, baş nazir və parlament fraksiyaları ilə görüşməyə hazırdır, ancaq Paşinyanın (Ermənistanın baş naziri Nikol Paşinyan - Report) istefası üçün yol xəritəsini müzakirə etmək üçün”-deyə, o bildirib.

Onun sözlərinə görə, baş nazirin istefasından sonra erkən parlament seçkilərinin keçirilməsi müvəqqəti hökumət qurulmalıdır.

Son xəbərlər

Orphus sistemi