Ermənistan ikinci Rusiya hərbi bazasını yaratmağı planlaşdırmır

Ermənistan ikinci Rusiya hərbi bazasını yaratmağı planlaşdırmır Ermənistanın müdafiə naziri: “Rusiya Silahlı Qüvvələrinin respublika ərazisində əlavə hərbi birləşməsinin yerləşdirilməsinə ehtiyac yoxdur"
Region
22 Fevral , 2021 13:34
Ermənistan ikinci Rusiya hərbi bazasını yaratmağı planlaşdırmır

"Ermənistan ölkədə ikinci Rusiya hərbi bazasına ehtiyac görmür".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan bildirib.

“Rusiya Silahlı Qüvvələrinin respublika ərazisində əlavə hərbi birləşməsinin yerləşdirilməsinə ehtiyac yoxdur. Üstəlik, dövlətlərimiz arasında hazırda mövcud olan normativ hüquqi baza da yalnız bir Rusiya bazasının fəaliyyətinin statusunu müəyyənləşdirir və tənzimləyir”, - o deyib.

Son xəbərlər

Orphus sistemi