Ermənistan İctimai Radiosunun direktoru əməkdaşlarına hakimiyyəti tənqid etməyi qadağan edib

 Ermənistan İctimai Radiosunun direktoru əməkdaşlarına hakimiyyəti tənqid etməyi qadağan edib Ermənistan İctimai Radiosunun direktoru Armen Koloyan rəhbərlik etdiyi qurumda yeni qaydalar tətbiq edir.
Region
31 Yanvar , 2025 10:53
 Ermənistan İctimai Radiosunun direktoru əməkdaşlarına hakimiyyəti tənqid etməyi qadağan edib

Ermənistan İctimai Radiosunun direktoru Armen Koloyan rəhbərlik etdiyi qurumda yeni qaydalar tətbiq edir.

“Report” xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

Məlumata görə, işçilərin müqavilələrinə xüsusi bənd əlavə edilib ki, bundan sonra onlar sosial platformalarda hakimiyyətə qarşı tənqidi və təhqiredici yazılar, eləcə də postlar paylaşa bilməzlər.

"Bu il radionun kadrlar şöbəsində müqavilələrin yenilənməsi zamanı əməkdaşlara onları diqqətlə oxumaq və pozmamaq tövsiyə edilib", - nəşr yazır.

Əks təqdirdə onlar töhmət və daha sonra işdən azad olunma ilə üzləşəcəklər.

Son xəbərlər

Orphus sistemi