Ermənistan baş nazirinin adı hakim partiyanın seçki siyahısına daxil edilməyib

Ermənistan baş nazirinin adı hakim partiyanın seçki siyahısına daxil edilməyib Karen Karapetyan: “Tələblərə cavab vermədiyim üçün ola bilsin müəyyən məhdudiyyətlər var”
Region
15 Fevral , 2017 13:02
Ermənistan baş nazirinin adı hakim partiyanın seçki siyahısına daxil edilməyib

Bakı. 15 fevral. REPORT.AZ/ Ermənistanın baş naziri Karen Karapetyanın adı hakim Respublikaçılar Partiyasının proporsional sistem üzrə seçki siyahısına daxil edilməyib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, bunu fevralın 15-də Yerevan Dövlət Universitetinin tələbələri ilə görüşdə bildirib.

“Adımın Respublikaçılar Partiyasının seçki siyahısında olmaması mənim üçün gözlənilməz deyil. Bəlkə tələblərə cavab vermədiyim üçün müəyyən məhdudiyyətlər var”, - deyə Karen Karapetyan siyahıda adının olmamasının səbəbini belə açıqlayıb.

Onun sözlərinə görə, hakim partiya seçkidə qalib gələrsə və ona hökuməti formalaşdırmaq tapşırılarsa, indiki kabinet fəaliyyətini davam etdirəcək.

Ermənistanda parlament seçkiləri bu il aprelin 2-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi