Ermənistan baş naziri Rusiyaya səfər edəcək

Ermənistan baş naziri Rusiyaya səfər edəcək Karen Karapetyan rusiyalı həmkarı Dmitri Medvedevlə görüş keçirəcək
Region
17 Yanvar , 2017 13:12
Ermənistan baş naziri Rusiyaya səfər edəcək

Bakı. 17 yanvar.REPORT.AZ/ Ermənistan baş naziri Karen Karapetyan yanvarın 24-də Moskvaya iki günlük rəsmi səfərə gedəcək.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Səfər zamanı K.Karapetyan rusiyalı həmkarı Dmitri Medvedevlə görüş keçiriləcək. Görüşdə Ermənistan-Rusiya əməkdaşlığının gündəlikdə duran məsələlərinin müzakirə edilməsi planlaşdırılır.

İki ölkə baş nazirləri, həmçinin Avrasiya İqtisadi Birliyi çərçivəsində inteqrasiya əməkdaşlığı məsələsinə də toxunacaq.

Son xəbərlər

Orphus sistemi