Erməni hərbçisi özünü güllələyib

Erməni hərbçisi özünü güllələyib Kiçik çavuş Vaan Vaaqeviç Mikaelyan özü özünə xidməti silahı olan avtomatdan atəş açıb
Region
4 avqust 2016 17:40
Erməni hərbçisi özünü güllələyib

Bakı. 4 avqust. REPORT.AZ/ Erməni hərbçisi öz özünə avtomat silahdan atəş açıb.

"Report"un məlumatına görə, bu barədə "news.am" saytına Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Hadisə yerli vaxtla bu gün səhər saat 9 radələrində, baş verib.

İlkin məlumata görə, müşahidə məntəqəsində xidmət aparan kiçik çavuş Vaan Vaaqeviç Mikaelyan özü özünə xidməti silahı olan avtomatdan atəş açıb.

Faktla bağlı istintaq başlayıb və ekspertiza təyin edilib.

Son xəbərlər

Orphus sistemi