Deputat: Mirzoyanın MDB XİN başçılarının toplantısına qatılmaması növbəti avantüradır

Deputat: Mirzoyanın MDB XİN başçılarının toplantısına qatılmaması növbəti avantüradır Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməməsi hakimiyyətin növbəti avantürasıdır.
Region
9 aprel 2024 09:57
Deputat: Mirzoyanın MDB XİN başçılarının toplantısına qatılmaması növbəti avantüradır

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməməsi hakimiyyətin növbəti avantürasıdır.

“Report” “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə “Hayastan” fraksiyasının deputatı Armen Rustamyan bildirib.

“KTMT-dən narazı qalmaq olar, amma vektoru dəyişmək, Rusiya-Qərb qarşıdurmasının bura köçürülməsi Ermənistanın özü üçün də dağıdıcı nəticələrə gətirib çıxaracaq. Bu gün hakimiyyət orqanlarının etdikləri budur”, - o bildirib.

Onun sözlərinə görə, hakimiyyət təhlükəsizlik sisteminin şaxələndirilməsi haqqında nə qədər bəyanatlar yaysa da, bu, reallığa uyğun gəlmir: “Əks halda, İrəvanın MDB iclaslarında iştirakına və Ermənistanı maraqlandıran məsələləri qaldırmasına nə mane olur”.

Deputatın nöqteyi-nəzərindən Qərb Ermənistanın anti-Rusiya cəbhəsinə qoşulmasını tələb edir və hakimiyyət də bunu uğurla yerinə yetirir.

Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyi Mirzoyanın aprelin 12-də Minskdə keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Ermənistan MDB ölkələrinin İqtisadi Şurasının Moskvada keçiriləcək 101-ci iclasına da nümayəndə heyətini göndərməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi