Erməni deputat: “Hərbçilərimiz tezliklə qayıda bilər”
- 08 dekabr, 2023
- 09:00
Yeniliklərdən dərhal xəbərdar olun!
2020-ci ilin dekabr ayında Hadrut istiqamətində və müxtəlif vaxtlarda sərhəddə həyata keçirilən antiterror tədbirləri zamanı saxlanılan erməni hərbi qulluqçuları yaxın günlərdə Ermənistana qayıda bilər.
“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu parlamentdə jurnalistlərə açıqlamasında “Mülki müqavilə” fraksiyasının deputatı, xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan deyib.
“Düşünürəm ki, onlar bir neçə günə, hətta saata qayıda bilərlər”, - deputat bildirib.
Onun sözlərinə görə, hərbçilərin mübadiləsi Ermənistan-Azərbaycan sərhədində baş tuta bilər.
Deputat ümidvardır ki, tərəflər arasında dünənki razılaşma sülh sazişinin imzalanması prosesini sürətləndirmək üçün növbəti stimul olacaq.