Ərdoğanın sözçüsü: “Zəlzələ bölgəsində 218 406 nəfərlik heyət fəaliyyət göstərir”
Ərdoğanın sözçüsü: “Zəlzələ bölgəsində 218 406 nəfərlik heyət fəaliyyət göstərir”Türkiyənin zəlzələ bölgəsində 218 406 nəfərlik şəxsi heyət, 12 487 texniki və tikinti avadanlıqları fəaliyyət göstərir.
Türkiyənin zəlzələ bölgəsində 218 406 nəfərlik şəxsi heyət, 12 487 texniki və tikinti avadanlıqları fəaliyyət göstərir.
“Report”un Ankara bürosunun xəbrinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın tviterdəki hesabında yazıb.
“Siyasi baxışından və mövqeyindən asılı olmayaraq, kömək etməyə tələsən, zəlzələ bölgəsinə qaçan bütün qeyri-hökumət təşkilatları və könüllülərlə əməkdaşlığa davam. Biz birlikdə bizik”, - Kalın yazıb.
İbrahim Kalın qeyd edib ki, Türkiyə yaşadığı bu ağır günlərdə qətiyyətini itirmir: “Faciəmiz böyükdür, amma əzmimiz, qardaşlığımız daha böyükdür”.
Deprem bölgesinde 218.406 personel, 12.487 araç ve iş makinası görev yapıyor.
Acımız büyük ama azmimiz ve kardeşliğimiz daha büyük.
Siyasi görüşü ve unvanı ne olursa olsun yardıma koşan, sahada koşturan tüm STK ve gönüllülerle elbirliğiyle çalışmaya devam.