Türkiyə PA-nın rəsmisi: "1915-ci il hadisələri kirli siyasət mövzusuna çevrilib"

Region
  • 20 aprel, 2022
  • 08:08
Türkiyə PA-nın rəsmisi: 1915-ci il hadisələri kirli siyasət mövzusuna çevrilib
Fəxrəddin Altun

"1915-ci il hadisələri kirli siyasət mövzusuna çevrilib".

“Report” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun deyib.

Onun sözlərinə görə, türklərlə ermənilər birlikdə yaşamaq mədəniyyəti formalaşdırıblar: "Aramızda düşmənçilik toxumları səpməyə çalışanlara qarşı birlikdə mübarizə aparmalıyıq. 1915-ci ildə baş verən hadisələr tarix mövzusu olmalı olduğu halda, kirli siyasət mövzusuna çevrilib. 1915-ci ildə baş verənlərlə bağlı yanlış fikirlər təbliğ edilir”.