Ərdoğanın Fransaya rəsmi səfəri başlayıb

Ərdoğanın Fransaya rəsmi səfəri başlayıb Türkiyə və Fransa prezidentləri bölgədəki vəziyyəti müzakirə edəcəklər
Region
5 Yanvar , 2018 12:04
Ərdoğanın Fransaya rəsmi səfəri başlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan / REUTERS/ Brendan McDermid

Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransaya rəsmi səfəri başlayıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, səfər Fransanın dövlət başçısı Emmanuel Makronun dəvəti ilə həyata keçirilir.

Səfərdə R.T.Ərdoğanı xanımı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekçi, müdafiə naziri Nurettin Canikli, enerji və təbii hetiyatlar naziri Berat Albayrak, "Türk Hava Yolları" İdarə Heyətinin və İcra Komitəsinin sədir İlkər Aycı müşaiyət edir.

Səfər çərçivəsində iki ölkə prezidentlərinin təkbətək görüşü nəzərdə tutulub. Dövlət başçılarının rəsmi Ankaranın Avropa İnsan Haqları Konvensiyasına əməl etməsini, bu ölkədə söz, mətbuat azadlığının, siyasi haqların qorunmasını, habelə Türkiyənin Avropa dəyərlərinə əməl etməsi məsələlərini müzakirə edəcəkləri gözlənilir. 

Rəcəb Tayyib Ərdoğanla Emmanuel Makron iki ölkə arasındakı münasibətlərin inkişafını, bölgədəki və dünyadakı aktual məsələləri, mühacir problemini də müzakirə edəcəklər.   

Son xəbərlər

Orphus sistemi