Ərdoğan Xorvatiya prezidenti ilə TANAP layihəsi ilə bağlı müzakirələr aparıb

Ərdoğan Xorvatiya prezidenti ilə TANAP layihəsi ilə bağlı müzakirələr aparıb Türkiyə prezidenti: "Azərbaycanda da söylədim ki, Suriyadan reaktiv bombaların təhlükəsindən qaçanlar Türkiyəyə sığınıb"
Region
355
27 Aprel , 2016 08:55
Ərdoğan Xorvatiya prezidenti ilə TANAP layihəsi ilə bağlı müzakirələr aparıb

Bakı. 27 aprel. REPORT.AZ/ "Enerji məsələsini, TANAP təbii qaz kəməri ilə bağlı məsələləri öz aramızda danışa bildik".

"Report" Türkiyə prezidentinin satına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Xorvatiyaya səfəri çərçivəsində xorvatiyalı həmkarı Kolinda Qrabar-Kitaroviçlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Xorvat həmkarınla görüşdə terrorçuluğa qarşı mübarizədən, qaçqınlarla bağlı məsələdən danışdıq. Qaçqınlar mövzusu ilə yanaşı, TANAP təbii qaz xətti ilə bağlı məsələni də müzakirə etmək imkanımız oldu".

Rəcəb Tayyib Ərdoğan suriyalı qaçıqnların vəziyyətindən danışarkən Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumundakı çıxışını xatırladıb: "Qaçqınların problemini həll etmək üçün əlimizdən gələni edirik. Hətta bu gün (aprelin 26-da - "Report") Azərbaycanda da söylədim ki, Suriyadan reaktiv bombaların təhlükəsindən qaçanlar Türkiyəyə sığınıb. Biz onlara ölkəmizin qapılarını qapatmadıq. Qərbi də bu məsələdə anlayış göstərməyə dəvət edirəm".

Son xəbərlər

Orphus sistemi