Ərdoğan: “Türkiyəni strateji hədəf halına gətirməyə çalışanlara təslim olmayacağıq”

Ərdoğan: “Türkiyəni strateji hədəf halına gətirməyə çalışanlara təslim olmayacağıq” Bakı. 18 avqust. REPORT.AZ/ “Zahirdə özünü bizə strateji müttəfiq kimi göstərib, lakin atdığı hər addımda bizi strateji hədəf halına gətirməyə çalışanlara təslim olmadıq və olmayacağıq”.
Region
18 Avqust , 2018 15:37
Ərdoğan: “Türkiyəni strateji hədəf halına gətirməyə çalışanlara təslim olmayacağıq”

Bakı. 18 avqust. REPORT.AZ/ “Zahirdə özünü bizə strateji müttəfiq kimi göstərib, lakin atdığı hər addımda bizi strateji hədəf halına gətirməyə çalışanlara təslim olmadıq və olmayacağıq”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankarada keçirilən VI qurultayında deyib. 

Onun sözlərinə görə, Türkiyənin inkişafını istəməyənlər ölkədə çevrilişə cəhd ediblər: “Biz qurulan oyunlara boyun əyən deyil, oyun quran xarici siyasət yaratmışıq”.

R.T.Ərdoğan həmçinin ölkənin bəzi iqtisadi göstəricilərini açıqlayıb: “Bu gün 140 ölkəyə film ixrac etməklə dünyada ABŞ-dan sonra ikinci yeri tutmuşuq. Oktyabrın 29-da İstanbulda dünyanın ən böyük hava limanını açacağıq. Bu hava limanının sərnişin dövriyyəsi ilk olaraq 90 mln., 2023-cü ildə isə 150 mln. nəfər olacaq”. 

Son xəbərlər

Orphus sistemi