Bakı. 24 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla son telefon danışığı zamanı onu Türkiyəyə səfərə dəvət edib.
“Report” xəbər verir ki, bu barədə Ankarada keçirdiyi mətbuat konfransında Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.
O, ABŞ prezidentinin 2019-cu ildə Türkiyəyə səfər edə biləcəyini diqqətə çatdırıb.
İbrahim Kalın daha əvvəl bildirib ki, ABŞ beşinci nəsil F-35 qırıcılarının Türkiyəyə təchizatından imtina edəcəyi təqdirdə, rəsmi Ankara hüquqi tədbirlər görmək niyyətindədir.