Ərdoğan: Suriyanın azadlığına qarşı addım atanlar qarşılarında Türkiyəni görəcəklər

Ərdoğan: Suriyanın azadlığına qarşı addım atanlar qarşılarında Türkiyəni görəcəklər Suriya xalqının azadlığına qarşı istənilən addımı atanlar önlərində Suriya xalqı ilə bərabər Türkiyəni də görəcək.
Region
10 Dekabr , 2024 15:57
Ərdoğan: Suriyanın azadlığına qarşı addım atanlar qarşılarında Türkiyəni görəcəklər
Rəcəb Tayyib Ərdoğan

Suriya xalqının azadlığına qarşı istənilən addımı atanlar önlərində Suriya xalqı ilə bərabər Türkiyəni də görəcəklər.

“Report”un məlumatına görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın əyalət rəhbərlərinin toplantısında çıxışı zamanı deyib.

Ərdoğan Suriyanın önündə xoşbəxt gələcəyə gedən qapının açıldığını ifadə edib:

“Türkiyə siyasi, diplomatik, hərbi və digər bütün müstəvilərdə hər zaman Suriyanın yanında olacaq”.

Türkiyə lideri Suriyanın yenidən müharibə meydanına çevrilməsinə imkan verməyəcəklərini də vurğulayıb:

“Suriya torpaqlarına gözünü dikən hər kəsə bildirmək istəyirik ki, Türkiyə Suriyanın bu günə gəlməsində çox böyük zəhmətlər çəkib. Hər kəsin Suriyaya kürəyini çevirdiyi məqamda biz bunun əksini etdik. Allah bizə qardaşlıq imtahanından üzüağ çıxmağı nəsib elədi”.

Son xəbərlər

Orphus sistemi