​Ərdoğan: "Su-24 təyyarəsini vuran pilotlar Gülənlə əlaqəli ola bilərlər"

​Ərdoğan: "Su-24 təyyarəsini vuran pilotlar Gülənlə əlaqəli ola bilərlər" "Lakin hazırda bizim əlimizdə sübut yoxdur"
Region
121
21 İyul , 2016 00:24
​Ərdoğan: Su-24 təyyarəsini vuran pilotlar Gülənlə əlaqəli ola bilərlər

Bakı. 21 iyul. REPORT.AZ/ 2015-ci ilin noyabrında Rusiyaya məxsus "Su-24" təyyarəsini vuran iki türk pilotunun hazırda ABŞ-da yaşayan və Ankara tərəfindən Türkiyədə çevriliş cəhdində ittiham olunan terror təşkilatının rəhbəri Fətullah Gülənin gizli təşkilatı ilə əlaqəli olma ehtimalı var.

"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib.

"Rusiya təyyarəsini vuran iki pilot çevriliş işi üzrə saxlanılıblar. Onlar Gülənin təşkilatı ilə əlaqəli ola bilərlər, lakin hazırda bizim əlimizdə sübut yoxdur, bunu məhkəmə müəyyən edəcək", — deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi