“Yanğının daha böyük miqyasa böyüməsi əngəllənib”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ictimaiyyətə açıqlamasında söyləyib.
“İyunun 21-də Muğlanın Dalaman, iyunun 22-də Fəthiyə, Körceğiz, Seydikəmər rayonlarında çıxan yanğınlar nəzarət altına alınıb”, - dövlət başçısı bildirib.