Ərdoğan: "Həmin videoları Vladimir Putinə göndərdim"

Ərdoğan: "Həmin videoları Vladimir Putinə göndərdim" Bakı. 13 aprel. REPORT.AZ/ “Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampla telefon danışıqları zamanı Suriya məsələsini müzakirə etdik”.
Region
13 Aprel , 2018 16:16
Ərdoğan: Həmin videoları Vladimir Putinə göndərdim

Bakı. 13 aprel. REPORT.AZ/ “Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampla telefon danışıqları zamanı Suriya məsələsini müzakirə etdik”.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, ABŞ və Rusiya liderləri ilə Suriyada sülhün bərqərar olunması üçün nələr edə biləcəklərinə dair fikir mübadiləsi aparıblar: “Sülhün yaradılması ilə bölgədə yaşanan faciələrin sona çatacağına ümid etdiyimi bildirdim. Eyni zamanda Duma və Şərqi Gutadadakı vəziyyətdən bəhs etdik. Məndə orada baş verən hadisələrin videoları var. Həmin videoları Vladimir Putinə göndərdim”. 

R.T.Ərdoğan Suriyadakı son durumdan da danışıb: “Kimyəvi silahların tətbiqi ilə daha çox insan öldürülüb, yoxsa adi silahlar vasitəsilə? Əlbəttə, kimyəvi silahların tətbiqi fəlakətdir. Ancaq başqa cür silahlarla qadınlar, uşaqlar öldürülür. Rusiya və koalisya qüvvələrinin bütün bu məsələlərə həssas yanaşmalarını tələb etmişik və edirik. Müşahidələrimizə görə son günlər bölgədə vəziyyət qismən sabitləşib. Biz sabitliyi tam təmin etmək və sülh yaratmaq istəyirik”.

Son xəbərlər

Orphus sistemi