Ərdoğan: Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün dönüş əldə edilib
Region
- 11 may, 2025
- 14:48
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa lideri Emmanuel Makronla telefon danışığı aparıb.
Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.
Söhbət zamanı Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan Rusiya ilə Ukrayna arasında müharibənin sona çatması yolunda tarixi dönüş nöqtəsinin əldə edildiyini, Türkiyənin atəşkəs və davamlı sülhün təmin edilməsi üçün danışıqlara ev sahibliyi də daxil olmaqla hər cür töhfəni verməyə hazır olduğunu bildirib.
Türkiyə lideri Ukrayna ilə Rusiya arasında daimi sülh danışıqlarının başlanması və Ukraynanın bərpası proseslərinin həssaslıqla həyata keçirilməsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Son xəbərlər
12:21
Azərbaycanda quş qripi və Nyukasl xəstəliyinə yoluxma halı aşkarlanmayıb
Sağlamlıq12:20
Foto
Azərbaycan çempionatı: Şəhriyar Məmmədyarovla Rauf Məmmədov mübarizəyə 1/8 finaldan başlayacaqlar
Fərdi11:58
Azərbaycan XİN Yeni Zelandiyanı Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət11:57
"Real" və "Bavariya"nın sabiq futbolçusu ABŞ klubuna keçir
Futbol11:56
ETX bank və dövlət sektorlarına qarşı fişinq cəhdini müəyyən edib
İKT11:55
Son 4 ildə azad olunmuş ərazilərə müntəzəm avtobus reysləri ilə 186 min nəfər səfər edib
İnfrastruktur11:50
İlham Əliyev İranın müdafiə nazirinə: Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır
Xarici siyasət11:47
Foto
Azərbaycan Prezidenti İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Xarici siyasət11:45