Ərdoğan Azərbaycan başda olmaqla dəstək göstərən ölkələrə təşəkkür edib

Ərdoğan Azərbaycan başda olmaqla dəstək göstərən ölkələrə təşəkkür edib "Ümumilikdə 60-dan çox ölkədən Türkiyəyə yardımlar göndərilib. Azərbaycan başda olmaqla, onun yanında İsrail, Səudiyyə Ərəbistanı, Qətər. Küveyt dəstəyini ifadə ediblər. Telefon danışığı zamanı bizə dəstəyin davam etdirəcəklərini bildiriblər. Bütün dəstək
Region
8 Fevral , 2023 19:24
Ərdoğan Azərbaycan başda olmaqla dəstək göstərən ölkələrə təşəkkür edib

"Azərbaycan başda olmaqla, onun yanında İsrail, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt dəstəyini ifadə ediblər".

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hataydakı çıxışında deyib.

"Ümumilikdə 60-dan çox ölkədən Türkiyəyə yardımlar göndərilib. Telefon danışığı zamanı bizə dəstəyin davam etdirəcəklərini bildiriblər. Bütün dəstək verən ölkələrə millət adından təşəkkür edirəm", - Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, axtarış xilasetmə əməliyyatlarında 18 ölkə nümayəndələri iştirak edir: "Proses davam edir. Hataydakı universitet xəstəxanası da artıq xəsarət alanları qəbul etməyə başlayacaq".

Son məlumatlara görə, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 057 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 52 979 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi