Ərdoğan Türkiyənin müdafiə sənayesinin yeni uğrunu açıqlayıb

Ərdoğan Türkiyənin müdafiə sənayesinin yeni uğrunu açıqlayıb “2017-dən bəri CAATSA (Sanksiyalar ilə Amerikanın düşmənlərinə qarşı mübarizə – “Report”) tətbiq edilməyib. İlk dəfə NATO üzvü olaraq ölkəmizə tətbiq oluub. Bu necə bir ittifaqdır, necə bir müttəfiqdir. Bu qərar ölkəmizə qarşı açıq hücumdur”
Region
16 Dekabr , 2020 17:06
Ərdoğan Türkiyənin müdafiə sənayesinin yeni uğrunu açıqlayıb
Rəcəb Tayyib Ərdoğan

“2017-dən bəri CAATSA (Sanksiyalar ilə Amerikanın düşmənlərinə qarşı mübarizə – “Report”) tətbiq edilməyib. İlk dəfə NATO üzvü olaraq ölkəmizə tətbiq olunub. Bu necə ittifaqdır, necə müttəfiqlikdir?! Bu qərar ölkəmizə qarşı açıq hücumdur”.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Ankaraya tətbiq etdiyi sanksiyalara münasibət bildirərkən deyib.

“Buna bəhanə kimi Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemini alması göstərilir. ABŞ öz əlindəki hava hücumundan müdafiə sistemlərinin ölkəmizə satışına icazə vermir. F-35-lərin minə yaxın parçasını Türkiyə istehsal edir. Ehtiyacımızı başqa yerdən qarşıladıq deyə ABŞ sanksiya silahını üstümüzə yönəldib. S-400 mövzusunda narahatlığınız varsa, texniki araşdırma qrupu qurub problemi həll edək təklifini verdik. Məqsəd üzüm yemək deyil, bağbanı döyməkdir. S-400 məsələsi olmasaydı, başqa bir bəhanə ilə bənzər şeyi edəcəkdilər. Bizi təhdidlə yolumuzdan etməyə çalışırlar”, - dövlət başçısı bildirib.

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə artıq hava hücumundan müdafiə sisteminin istehsalına başlayıb: “Müdafiə sənayemizdən yeni müjdələr alırıq. Milli və yerli HİSAR A-nın sınaqları keçirilib. Son sınaq bir neçə ay gecikib. Normalda xaricdən alınan hissəyə embarqo qoyuldu. Lazım olan hissəni qısa zamanda hazırladıq, raketə birləşdirdik. HİSAR A kütləvi istehsalı xeyirli olsun!”

Son xəbərlər

Orphus sistemi