Ərdoğan ABŞ hakimiyyətini onun mühafizəçilərinə qarşı ittiham irəli sürdüyünə görə tənqid edib

Ərdoğan ABŞ hakimiyyətini onun mühafizəçilərinə qarşı ittiham irəli sürdüyünə görə tənqid edib "Onlar vəzifələrini icra ediblər"
Region
3134
1 Sentyabr , 2017 11:36
Ərdoğan ABŞ hakimiyyətini onun mühafizəçilərinə qarşı ittiham irəli sürdüyünə görə tənqid edib
AFP

Bakı. 1 sentyabr. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ hakimiyyətini onun mühafizəçilərinə qarşı ittiham irəli sürdüyünə görə tənqid edib.

"Report"un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, o, ABŞ-ın qonaqların mühafizəsinə görə məsuliyyət daşıdığını deyib.

"Əgər onlar öz vəzifələrini icra etmirlərsə, PKK üzvlərinin hücumu zamanı mənim mühafizəçilərim vəzifələrini icra etməməlidirlər? Mühafizəçilərim vəzifələrini icra ediblər", - R.T.Ərdoğan bildirib.

Daha öncə ABŞ rəsmiləri 19 nəfərə qarşı ittiham irəli sürüblər. Onların sırasında Türkiyə Təhlükəsizlik Xidmətinin 15 əməkdaşı da var. Onlar bu ilin may ayında R.T.Ərdoğanın ABŞ-a səfəri zamanı etiraz aksiyası iştirakçılarına hücum etməkdə təqsirləndirilirlər. 

Son xəbərlər

Orphus sistemi