Ərdoğan ABŞ-a gedir

Ərdoğan ABŞ-a gedir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün 19 sentyabrda Nyu-Yorka səfər edəcək.
Region
19 Sentyabr , 2021 13:02
Ərdoğan ABŞ-a gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün 19 sentyabrda Nyu-Yorka səfər edəcək.

“Report” xəbər verir ki, üç gün davam edəcək səfərdə Türkiyə lideri BMT-nin iclasının ilk günündə çıxış edəcək.

Baş Assambleyanın iclası “COVID-19 pandemiyasının keçid dövrü”, “Davamlılığın bərpası”, “Planetin ehtiyaclarına cavab vermək”, “İnsan hüquqlarına hörmət” və “BMT-nin yenidən canlanması ümidi ilə möhkəmlik yaratmaq” kimi mövzulara həsr edilib.

Ərdoğan eyni zamanda ABŞ-ın Nyu-York şəhərində 2017-ci ildə təməli qoyulan “Türk evi” binasının da açılışını edəcək.

Açılış mərasimi sentyabrın 20-də baş tutacaq. Pandemiya səbəbindən açılışı təxminən bir il gecikən “Türk evi” binası Nyu-Yorkun ən nüfuzlu yerlərindən birində, BMT-nin baş qərargah binasının qarşısında yerləşir. Binada Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyi və Nyu-Yorkdakı Baş Konsulluğu yerləşəcək.

Türkiyə prezidenti həmçinin bir sıra ölkələrin lideri, BMT baş katibi Antoniu Quterriş və Türk-Amerika Milli İstiqamətləndirmə Komitəsi tərəfindən təşkil olunacaq “Daha Ədalətli Dünya Mümkündür” mövzulu konfrans çərçivəsində bu ölkədə yaşayan türklər və müsəlman cəmiyyətin nümayəndələri ilə də görüşəcək.

İngilis versiyası Erdogan due in New York

Son xəbərlər

Orphus sistemi