Ekspert: “Rəsmi Tehran Azərbaycanın iqtisadi və siyasi tərəqqisindən narahatdır”

Ekspert: “Rəsmi Tehran Azərbaycanın iqtisadi və siyasi tərəqqisindən narahatdır” “Tehran Azərbaycanın iqtisadi və siyasi sahədə tərəqqisindən narahatdır”.
Region
7 Dekabr , 2022 17:05
Ekspert: “Rəsmi Tehran Azərbaycanın iqtisadi və siyasi tərəqqisindən narahatdır”

“Rəsmi Tehran Azərbaycanın iqtisadi və siyasi sahədə tərəqqisindən narahatdır”.

Bunu “Report”a Vaşinqtondan olan xarici siyasət və energetika üzrə ekspert Umud Şokri deyib.

Onun sözlərinə görə, İran İslam Respublikası Azərbaycan Respublikasının müxtəlif sahələrdə inkişafını, eləcə də Azərbaycanın regional və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolu diqqətlə izləyir.

“İslam Respublikası baxımından Azərbaycan Respublikasının tərəqqisi İran azərbaycanlılarına da təsir edir. Bu o deməkdir ki, Azərbaycanın iqtisadi tərəqqisi və ölkənin regional enerji təhlükəsizliyində və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki mühüm rolu Tehranın xoşuna gəlmir”, - o bildirib.

Ekspert qeyd edib ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsindən sonra İranda yaşayan azərbaycanlıların özünüdərki xeyli artıb: "Müharibə zamanı İran azərbaycanlıları sərhədyanı ərazilərdə Azərbaycan ordusuna dəstək olduqlarını bəyan ediblər. Onlar hətta İran vasitəsilə Ermənistana silah daşıyan yük maşınlarının da hərəkətinə mane olublar”.

 U.Şokri vurğulayıb ki, son illər İran azərbaycanlıları sistematik ayrı-seçkiliyə qarşı dəfələrlə etiraz aksiyası keçirərək, məktəblərdə ana dilini öyrənmək hüququnu tələb ediblər: “İslam Respublikası azərbaycanlıların İrandakı həyatından razı qalmasına nail olmaq istəyirsə, ayrı-seçkiliyi aradan qaldırmalı, ölkənin bütün əyalətlərinin tarazlı inkişafını təmin etməli və region məktəblərində Azərbaycan dilinin tədrisinə şərait yaratmalıdır”.

Son xəbərlər

Orphus sistemi