Ekspert: "Qazaxıstanın nəqliyyat-tranzit potensialının reallaşdırılması üçün Azərbaycanla əlaqələrin inkişafı vacibdir"

Ekspert: "Qazaxıstanın nəqliyyat-tranzit potensialının reallaşdırılması üçün Azərbaycanla əlaqələrin inkişafı vacibdir" Azərbaycan və Gürcüstanla əlaqələrin inkişafı Qazaxıstan üçün nəqliyyat-tranzit potensialının reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Region
13 Avqust , 2024 15:30
Ekspert: Qazaxıstanın nəqliyyat-tranzit potensialının reallaşdırılması üçün Azərbaycanla əlaqələrin inkişafı vacibdir

Azərbaycan və Gürcüstanla əlaqələrin inkişafı Qazaxıstan üçün nəqliyyat-tranzit potensialının reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bunu "Report"a açıqlamasında qazaxıstanlı maliyyəçi, "Bank Center Credit"in İdarə Heyətinin keçmiş sədri Qalım Xusainov deyib.

“Mövcud geosiyasi şəraitdə alternativ marşrutların olması son dərəcə vacibdir və buna görə də Qara dənizdə çoxvektorlu siyasətin qurulması aktuallaşır. Qazaxıstan Xəzər dənizindən istifadə etməklə, o cümlədən Azərbaycan və Gürcüstanla əlaqələri inkişaf etdirməklə Qara dəniz limanlarına tədarükün təmin edilməsi üçün Orta Dəhlizdən kifayət qədər səmərəli şəkildə istifadə edə bilər”, - o bildirib.

Q.Xusainov izah edib ki, Qazaxıstana ən yaxın dəniz limanları Qara dənizin Rusiya və Gürcüstan sahillərində yerləşir. O vurğulayıb ki, ölkənin beynəlxalq sulara birbaşa çıxışı yoxdur və bu, səmərəli logistika marşrutlarının qurulmasını problemli edir.

“Bu yaxınlarda “Teniz Capital Investments Banking” “Black Sea Trade and Development Bank”ın (BSTDB) istiqraz proqramının 100 milyon ABŞ dolları məbləğində birinci tranşını Astana International Exchange (AIX) birjasında yerləşdirib. BSTDB 1997-ci ildən fəaliyyət göstərən ən qədim inkişaf institutlarından biridir. Onun səhmdarları sırasında 11 ölkə yer alır, onlardan bəzilərinin – Albaniya, Yunanıstan, Azərbaycan və Ermənistanın Qara dənizə birbaşa çıxışı olmasa da, bu təşəbbüsdə iştirakın vacibliyini anlayırlar”, - o əlavə edib.

Xusainov qeyd edib ki, bu gün Orta Dəhlizlə Qara dənizə gedən yüklərin böyük hissəsi Çindən gəlir.

“Çin milyonlarla ton yükü bilavasitə Orta Dəhlizlə Avropaya çatdırır. Qazaxıstan bu marşrutda əsas rol oynayır, çünki ən uzun quru hissə bizim ərazimizdən keçir”, - ekspert bildirib.

Kulpaş Konırova

Son xəbərlər

Orphus sistemi