Dövlət katibinin köməkçisi: “ABŞ Türkiyə ilə əlaqələrin genişləndirilməsində qərarlıdır”

Dövlət katibinin köməkçisi: “ABŞ Türkiyə ilə əlaqələrin genişləndirilməsində qərarlıdır” “ABŞ-ın hansısa NATO müttəfiqi ilə daha dərin əməkdaşlığının olmasını yaxşı bir hal hesab edirəm. Bu, eyni dərəcədə Türkiyədə də aiddir”.
Region
19 Noyabr , 2021 13:51
Dövlət katibinin köməkçisi: “ABŞ Türkiyə ilə əlaqələrin genişləndirilməsində qərarlıdır”
Karen Donfrid

“ABŞ-ın hansısa NATO müttəfiqi ilə daha dərin əməkdaşlığının olmasını yaxşı bir hal hesab edirəm. Bu, eyni dərəcədə Türkiyədə də aiddir”.

“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid “Anadolu” agentliyinə müsahibəsində deyib.

O, Ankaraya səfərinin məqsədini açıqlayıb: “Səfərimin məqsədi ABŞ və Türkiyənin daha yaxın əməkdaşlıq etməsi üçün türkiyəli tərəfdaşlarımızla müzakirə aparmaqdır. Yunanıstanla əməkdaşlığa da tamamilə bu prizmadan baxılmalıdır. Prezident Cozef Bayden hakimiyyətə gələndə “Amerika yenidən” şüarı ilə ABŞ-ın əsas müttəfiqləri ilə əlaqələrini dərinləşdirmək, ittifaqlarını və əməkdaşlıqlarını canlandırmaq barədə arzusunu dilə gətirdi. ABŞ-ın Yunanıstanla əlaqələrində bu, hiss olunur. Eyni zamanda, Türkiyə ilə əməkdaşlığımızı gücləndirmək mövzusunda qərarlıyıq”.

ABŞ dövlət katibinin köməkçisi bildirib ki, Türkiyənin F-16-lara olan marağı rəsmi Vaşinqtonu məmnun edir: “Yaxın zamanlarda bu mövzuda müzakirə etmək üçün heyətin Vaşinqtona gələcəyini bilirəm. Məsələnin həll olunması üçün dialoqu davam etdirəcəyik”.

Son xəbərlər

Orphus sistemi