Dərbənddə Azərbaycan plovunun təqdim olunduğu festival keçirilib

Dərbənddə Azərbaycan plovunun təqdim olunduğu festival keçirilib Dərbənddə Azərbaycan yeməklərinin də təqdim olunduğu ümumşəhər plov festivalı keçirilib.
Region
10 Sentyabr , 2022 07:08
Dərbənddə Azərbaycan plovunun təqdim olunduğu festival keçirilib

Dərbənddə Azərbaycan yeməklərinin də təqdim olunduğu ümumşəhər plov festivalı keçirilib.

"Report" xəbər verir ki, bu barədə TASS-a şəhər administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

"Bu gün (dünən - red.) Dərbənddə şəhərin turizmin və xalq yaradıcılığının inkişafı mərkəzinin təşkilatçılığı ilə ümumşəhər plov festivalı keçirilib", - agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, festivalda Azərbaycan, ləzgi, tat və tabasaran xalqlarının nümayəndələri plovun milli növlərini təqdim ediblər.

"Ümumilikdə on çeşid var, bu il on birincisi ispan plovu olub. Bu tədbir turistləri maksimum dərəcədə cəlb etmək, qonaqlara bizim qastronomiyamızı göstərmək, tanıtmaq üçün keçirilir. Həmçinin burada Dağıstanın xalq sənətkarlığı, rəsm qalereyası, teatr nümunələri var”, - mətbuat xidmətindən əlavə edib.

Son xəbərlər

Orphus sistemi