Delimitasiya üzrə komissiyaların növbəti iclası reqlamentin ratifikasiyasından sonra baş tutacaq

Delimitasiya üzrə komissiyaların növbəti iclası reqlamentin ratifikasiyasından sonra baş tutacaq Ermənistan və Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü hər iki ölkədə onların iş reqlamentinin ratifikasiyasından sonra keçiriləcək.
Region
21 Oktyabr , 2024 13:04
Delimitasiya üzrə komissiyaların növbəti iclası reqlamentin ratifikasiyasından sonra baş tutacaq

Ermənistan və Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü hər iki ölkədə onların iş reqlamentinin ratifikasiyasından sonra keçiriləcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu baş nazirin müavini Mqer Qriqoryan Ermənistan parlamentində bildirib.

"Azərbaycan tərəfi ilə razılaşmamız belədir: reqlamentin təsdiqlənməsi və bildiriş mübadiləsi üçün dövlətdaxili prosedurların başa çatdırılması. Sonra isə növbəti görüş keçirəcəyik və sərhədin digər hissələri ilə bağlı məsələni müzakirə edib qərar verəcəyik”, - o bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur.

Bundan əlavə, sentyabrın 26-da Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi