Davudoğlu: "Türkiyədə milli azlıqların hüquqlarının yerinə yetirilmədiyi haqqında ittihamlar əsassızdır"

Davudoğlu: "Türkiyədə milli azlıqların hüquqlarının yerinə yetirilmədiyi haqqında ittihamlar əsassızdır" "Erməni və yunan lobbisi Türkiyəyə qarşı mübarizə apararaq, bizdə milli azlıqların təzyiq altında olduğunu iddia edirlər"
Region
6 Fevral , 2015 11:32
Davudoğlu: Türkiyədə milli azlıqların hüquqlarının yerinə yetirilmədiyi haqqında ittihamlar əsassızdır

Bakı. 6 fevral. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkədə milli azlıqların hüquqlarının yerinə yetirilmədiyi ilə bağlı tənqidə cavab verib. 

"Report" Türkiyənin "Kanal 7" kanalına istinadən xəbər verir ki, erməni və yunan lobbisi Türkiyəyə qarşı mübarizə apararaq, Türkiyədə milli azlıqların təzyiq altında olduğunu iddia edirlər. 

Ə.Davudoğlu əlavə edib ki, bu ittihamlar əsassızdır: "Cəmi 1 ay əvvəl milli azlıqların liderləri üçün hər il keçirilən qəbul təşkil olunub və mən şəxsən həmin tədbirdə iştirak etmişəm. Bundan başqa, mənim baş müşavirim - erməni əsilli Türkiyə vətəndaşıdır. Ünvanımıza səsləndirilən ittihamlar əsassızdır", - baş nazir qeyd edib. 

Son xəbərlər

Orphus sistemi