Dardanel boğazında gəmilərin hərəkəti dayandırılıb
Region
- 08 avqust, 2025
- 17:23
Türkiyənin Dardanel boğazında gəmilərin hər iki istiqamətdə hərəkəti yanğınlar səbəbindən dayandırılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dəniz Məsələləri Departamenti məlumat yayıb.
"Çanaqqala vilayətində baş verən yanğınlar səbəbindən Dardaneldə gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb", - məlumatda bildirilib.
IHA agentliyinin məlumatına görə, yanğınlardan biri Sarıcaeli yaşayış məntəqəsi yaxınlığında baş verib. Güclü küləyin təsiri ilə alov sürətlə geniş əraziyə, o cümlədən kənd təsərrüfatı torpaqlarına yayılıb və yaşayış məntəqəsinə yaxınlaşıb.
Dardanel boğazı Egey dənizini Mərmərə dənizi ilə və Bosfor vasitəsilə Qara dənizlə birləşdirir.
Son xəbərlər
10:54
Tailandda avtobusun aşması nəticəsində 40-dan çox insan xəsarət alıb
Digər ölkələr10:40
İlham Əliyev: Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur
Xarici siyasət10:36
FAKTİKİ HAVA: Güclü külək əsib, yağış yağıb
Ekologiya10:27
"Bavariya" "Qalatasaray"ın futbolçusu ilə maraqlanır
Futbol10:19
"Mehr": İranın qərbində toz fırtınası hava keyfiyyətini "təhlükəli" səviyyəyə çatdırıb
Region10:02
Prezidentin sosial media hesablarında Münxen Təhlükəsizlik Konfransında keçirdiyi görüşlərlə bağlı paylaşım edilib
Xarici siyasət10:02
Foto
XXV Qış Olimpiya Oyunları: Norveç medal sıralamasında liderdir
Komanda09:45
Yaponiyada gənc oğlan üç nəfəri bıçaqlayıb, onlardan biri ölüb
Digər ölkələr09:44