Danimarkanın Baş naziri Mette Frederiksen Ukraynanın paytaxtı Kiyevə səfərə gəlib.
"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak sosial şəbəkədə məlumat verib.
“Danimarkanın Baş naziri Mette Frederiksen parlamentdə çıxış edir”, - o qeyd edib.
Onun səfərinin digər təfərrüatları açıqlanmayıb.