Cocuq Mərcanlıda aparılan bərpa işləri Tbilisidə regional konfransda təqdim olunub - FOTO

Cocuq Mərcanlıda aparılan bərpa işləri Tbilisidə regional konfransda təqdim olunub - FOTO Tbilisi. 1 noyabr. REPORT.AZ/ Tbilisidə Gürcüstanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı ilə qaçqınların müdafiəsi və inteqrasiyası məsələlərinə həsr olunmuş regional konfrans işə başlayıb.
Region
1 Noyabr , 2018 14:11
Cocuq Mərcanlıda aparılan bərpa işləri Tbilisidə regional konfransda təqdim olunub - FOTO

Tbilisi. 1 noyabr. REPORT.AZ/ Tbilisidə Gürcüstanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı ilə qaçqınların müdafiəsi və inteqrasiyası məsələlərinə həsr olunmuş regional konfrans işə başlayıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, tədbirdə Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova, Ukrayna, Danimarka, Portuqaliyanın insan hüquqları üzrə institutlarının nümayəndələri iştirak edirlər.

Toplantının məqsədi regionda və Avropada qaçqınların hüquqlarının müdafiəsi və inteqrasiyası sahəsində fəaliyyət göstərən təşkilatlar arasında təcrübə mübadiləsinin həyata keçirilməsidir.

Tədbirdə çıxış edən Gürcüstanın ombudsmanı Nino Lomcaria münaqişələrin olduğu Cənubi Qafqaz bölgəsində qaçqınların hüquqlarının müdafiəsinin əhəmiyyətindən danışıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə regional nümayəndəsi Yohannes van der Klauv, öz növbəsində, bölgədə ombudsmanların qaçqınların hüquqlarının müdafiə olunması sahəsində fəaliyyətlərinin gücləndirilməsinin vacibliyini qeyd edib.

Azərbaycan Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı ölkədə qaçqınların hüquqlarının müdafiəsinin əsas prioritetlərdən biri olduğunu və bu məsələnin daimi diqqətdə saxlanıldığını bildirib. O, konfrans iştirakçılarına Azərbaycanda bu sahədə qəbul olunmuş dövlət proqramları, dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar, Nazirlər Kabineti və Milli Məclisin qəbul etdiyi qətnamə və qanunlar barədə ətraflı məlumat təqdim edib. Aparat rəhbəri həmçinin işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində görülmüş işlər və yaradılan şərait barədə də ətraflı danışıb. O, Cocuq Mərcanlının bərpasını “Böyük Qayıdış” proqramının başlanğıcı olduğunu söyləyib. Təqdimatda kəndin işğalda olduğu və azad edildikdən sonrakı vəziyyətini, kənddə həyata keçirilmiş bərpa işlərini əks etdirən fotoşəkillər nümayiş etdirilib. A.Səfixanlı Azərbaycanda qaçqınların həyata şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən işlər və qaçqınlara təqdim olunan güzəşt və imtiyazlardan da bəhs edib. 

Konfrans iki gün davam edəcək.  

Son xəbərlər

Orphus sistemi